Sərxoş polis məktəblini vurub qaçdı
12 may 2023 11:57 (UTC +04:00)

Sərxoş polis məktəblini vurub qaçdı

Rusiyada sərxoş polis məktəbli qızı piyada keçidində vurub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə dünən saat 22 radələrində Moskva vilayətinin Mıtişi şəhərində baş verib. Hadisəni törədən sürücü daha sonra oradan qaçıb. 

DYP-nin böyük inspektoru işdən sonra spirtli içki qəbul edərək özünə məxsus “KİA” markalı avtomobilin sükanı arxasına keçib. Sukromka küçəsində onun idarə etdiyi avtomobil piyada keçidindən keçən 10-cu sinif şagirdini vurub. Polis zərərçəkənə kömək etməyərək, oradan uzaqlaşıb.

Qəza şahidləri təcili yardım çağırıblar. Məktəbli xəstəxanaya yerləşdirilib, həkimlər ona çiyninin, ayağının və göz yuvasının sınığı diaqnozu qoyublar.

Hüquq-mühafizə orqanları həmin sürücünü saxlayıblar. Tibbi ekspertiza zamanı polisin spirtli içkinin təsirində olması üzə çıxıb.

# 1521
avatar

Oxşar yazılar