Siyəzəndə maşın aşdı, 2 nəfər ÖLDÜ
02 avqust 2022 12:54 (UTC +04:00)

Siyəzəndə maşın aşdı, 2 nəfər ÖLDÜ

Siyəzəndə maşın aşıb. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, avqustun 1-də saat 11 radələrində Siyəzən rayonunun Gilgilçay qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Qladçenko idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. 

Nəticədə sərnişinləri Anna Dmitriyevna hadisə yerində, Nüşabə Sultanova isə xəstəxanaya yerləşdirildikdən sonra orada ölüb. Sürücü və digər iki sərnişin isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
 

# 1980
avatar

Aytəkin Cəlali

Oxşar yazılar