Sumqayıtda QƏZA:  yaralılar  var
23 sentyabr 2026 23:26 (UTC +04:00)

Sumqayıtda QƏZA: yaralılar var

0

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Azərbaycan prospektində qeydə alınıb. “Mercedes” və “Chevrolet” markalı minik avtomobilləri toqquşub.

Zərbənin təsirindən idarəetmədən çıxan “Chevrolet” yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 464

Oxşar yazılar