Tərtərdə maşın ağaca çırpıldı, SƏRİNİŞİNLƏR ÖLDÜ
31 may 2023 09:16 (UTC +04:00)

Tərtərdə maşın ağaca çırpıldı, SƏRİNİŞİNLƏR ÖLDÜ

Tərtərdə avtomobil ağaca çırpılıb.

Lent.az-ın xəbərinə görə, hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Qoşqar Yaşar oğlu Quluzadə idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobillə idarə etməni itirərək ağaca çırpıb.

Nəticədə avtomobildə olan sərnişinlər 1998-ci il təvəllüdlü Röyal Sevindik oğlu Quluzadə və 2004-cü il təvəllüdlü Emilla Eminova qızı Ziyadova hadisə yerində ölüb. Sürücü isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

# 1431
avatar

Fidan İlqar

Oxşar yazılar