Tərtərdə PARTLAYIŞ:  işçi yaralandı
27 may 2023 17:01 (UTC +04:00)

Tərtərdə PARTLAYIŞ: işçi yaralandı

Tərtərdə sursat partlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, hadisə Tərtər rayonunun Çaylı kəndi ərazisində baş verib. Tikinti şirkətlərinin birində çalışan, Neftçala rayon sakini 37 yaşlı Əsgərov Mənsim Həsən oğlu kanal tikintisində işləyən zaman ərazidə olan sursatın partlaması nəticəsində sol əl nahiyəsindən xəsarət alıb. O,  xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

# 1662
avatar

Oxşar yazılar