Sosial şəbəkədə əxlaq normalarını pozan daha bir tiktoker həbs olunub.
Lent.az xəbər verir ki, A.M. tiktok sosial şəbəkəsində özünə məxsus "Sarışın gözəl" profilində canlı yayım açaraq, nalayiq ifadələr işlədib. Bununla da o, ictimai mənəviyyatı təhqir edən əməllərə yol verib.
Faktla bağlı A. M. polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına) maddəsilə protokol tərtib olunub.
Göyçay rayon Məhkəməsinin qərarı ilə A. Maqsudova barəsində 10 gün müddətinə inzibati həbs qərarı verilib.