Tovuzda yarımstansiyada YANĞIN  - YENİLƏNİB
11 avqust 2022 00:05 (UTC +04:00)

Tovuzda yarımstansiyada YANĞIN - YENİLƏNİB

Tovuz rayonunun Aşağı Öysüzlü kəndində yarımstansiyanın ərazisində 1 ədəd vakuum açarı və 10 p.m çıxış kabeli yanıb. 

FHN-dən Lent.az-a verilən məlumata görə, yarımstansiya yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 

***

23.33

"Tovuzdakı yarınstansiyada yanğına səbəb 6 kv-luq izolyasiyalı xətdə qızma nəticəsində izolyasiyalı kabelin yanması olub". 

Bu barədə Lent.az-a "Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Müstafayev məlumat verib.
"Qısa müddətdə yanğının qarşısı alınıb. Elektrik enerjisi təchizatı kəsilən bir neçə küçə ən qısa vaxtda alternativ xətlə elektrik enerjisi ilə təmin edilib"-deyə o bildirib.
 

***

21.38

Tovuzda yarımstansiyada yanğın baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Tovuz elektrik yarımstansiyasında qeydə alınıb. Dərhal hadisə yerinə FHN-in canlı qüvvəsi və yanğınsöndürən avtomobilləri cəlb olunub. Yanğın söndürülüb. Hazırda rayona elektrik enerjisinin verilməsi dayandırılıb.
 

# 5835
avatar

Oxşar yazılar