Toyda DƏHŞƏT YAŞANDI:  Qonaq gəlinə hücum etdi,   bıçaqlayıb…
15 noyabr 2022 19:37 (UTC +04:00)

Toyda DƏHŞƏT YAŞANDI: Qonaq gəlinə hücum etdi, bıçaqlayıb…

Tomsk vilayətində əvvəllər məhkum olunmuş 36 yaşlı yerli sakin toy zamanı gəlinə hücum etdiyi üçün saxlanılıb.

Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, yeni evlənənlər toyu qonaqlarla birlikdə mənzillərində qeyd ediblər. Orada olanlardan biri ziyafət zamanı bəylə gəlinlə mübahisə edib, sonra gedib. 

Cütlük həmin şəxslə söhbəti davam etdirmək qərarına gəlib və ondan girişə qayıtmasını istəyib. Şübhəli şəxs bıçaqla içəri daxil olub. O, silahla zərərçəkmişə bir neçə zərbə vurub, ona ağır bədən xəsarətləri yetirib.

Zərərçəkmiş xəstəxanaya çatdırılıb. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 111-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinin 2-ci hissəsinin “h” bəndi ilə iş başlanıb. Hazırda təqsirkarın həbsdə olduğu qeyd edilir.
 

# 3507
avatar

Oxşar yazılar