Toydan qayıdanda maşını  qaz kəmərinə çırpıb öldü
27 noyabr 2022 00:20 (UTC +04:00)

Toydan qayıdanda maşını qaz kəmərinə çırpıb öldü

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan-Şirvan magistral yolunun Salyan rayonunun Qarabağlı kəndindən keçən hissəsində qeydə alınıb.

Toy şənliyindən qayıdan Sabirabad sakini, 2002-cü il təvəllüdlü Kənan Səxavət oğlu Cəbiyev sərxoş vəziyyətdə dostunun 18-BF-829 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilini idarə edib.

K.Cəbiyev avtomobili yüksək təzyiqli qaz kəmərinə çırpıb.

Nəticədə o, hadisə yerində ölüb.

Kəndin qaz təchizatı dayandırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

# 3132
avatar

Oxşar yazılar