Türkiyədə adam öldürən azərbaycanlı sürücü saxlanıldı
03 yanvar 2023 09:24 (UTC +04:00)

Türkiyədə adam öldürən azərbaycanlı sürücü saxlanıldı

Türkiyədə ölümlə nəticələnən qəzaya görə, azərbaycanlı sürücü saxlanılıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, dəhşətli qəza Giresun şəhəri Keşap qəsəbəsində baş verib. Azərbaycanlı C.A-nın idarə etdiyi TIR yoxlama mərkəzinə dönərkən, T.A-nın idarə etdiyi minivan tipli avtomobil ona çırpılıb.

Nəticədə minivanın sürücüsü ağır yaralanaraq, xəstəxanaya aparılıb. Lakin o, xəstəxanada keçinib.

TIR-ın sürücüsü C.A isə saxlanılıb, araşdırma aparılır.

# 1779
avatar

Mehman Nəbiyev

Oxşar yazılar