106 il 9 ay həbs cəzası ilə axtarılan qadın tutulub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyənin Kayseri bölgəsində çoxsaylı “Oğurluq” cinayətlərinə görə haqqında 106 il 9 ay müddətində qəti həbs cəzası olan 35 yaşlı qadın polis tərəfindən yaxalanıb.
Aparılan araşdırma nəticəsində məlum olub ki, qaçaq qadının barəsində Kayseri, Antalya və Amasyada ümumilikdə 6 axtarış qeydi var. Polis onu yaxalayıb və həbsxanaya göndərilib.