Üzrxahlıq videoları niyə çəkilir? - DİN AÇIQLADI
22 fevral 2022 09:56 (UTC +04:00)

Üzrxahlıq videoları niyə çəkilir? - DİN AÇIQLADI

"Peşimançılıq-üzrxahlıq hüquqazidd əməlin qəsdlə yox, ehtiyatsızlıqdan törədilməsini ifadə edir".

Lent.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, qanunvericilikdə bununla bağlı xüsusi qadağa sanksiyalaşdırılmır:

"Üzrxahlıq hüquqi metodoloji baxımdan islahedici, çəkindirici xarakter daşıyır. Buna ictimai qaydaya etinasız yanaşan insanlar ibrət nümunəsi kimi baxa bilər. 

Əgər bir şəxs öz əməlini etiraf edib, səmimi peşimançılığını ifadə edirsə, burada qəbahət yoxdur. Başqa sözlə, elə şəxslər var, “peşiman deyiləm, yaxşı eləmişəm”, -deyə bildirməsi hüquqi nonsens sayılmırmı? Səhvdən, neqativ əməldən sonra peşimançılıq hissi necə olmalıdır, səhv edən insan özünü günahkar saymalıdırmı? Əlbəttə, insanların ictimai davranışlarına, tutduğu mövqeyə, dünyagörüşünə görə fərqli yanaşmaların olması anlaşılandır".

# 3513
avatar

Mehman Nəbiyev

Oxşar yazılar