Xəstəyə yardım üçün yola çıxdı, özü öldü
28 sentyabr 2026 09:18 (UTC +04:00)

Xəstəyə yardım üçün yola çıxdı, özü öldü

0

Sumqayıtdan Masazıra ağır vəziyyətdə olan xəstənin ünvanına gedən təcili tibbi yardım avtomobilinin sürücüsü İsmayıl Məmmədov həyatını itirib.

Lent.az sosial mediada yayılan məlumatlara istinadən xəbər verir ki, sürücü həkim briqadasını xəstənin yanına çatdırdıqdan sonra sükan arxasında vəfat edib.

Paylaşımlarda bildirilir ki, İ.Məmmədov yol boyu ürəyində ağrı hiss etsə də, əvvəlcə briqadanı çağırış yerinə çatdırmaq istəyib. Həkimlər xəstəyə yardım göstərib avtomobilə qayıdanda sürücünün həyatını itirdiyini görüblər. Onun ürəktutmadan vəfat etdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 100

Oxşar yazılar