Xırdalanda yaşayış binasındakı  PARTLAYIŞDA   dörd nəfər xəsarət alıb - VİDEO  - YENİLƏNİB 4
04 avqust 2022 02:54 (UTC +04:00)

Xırdalanda yaşayış binasındakı PARTLAYIŞDA dörd nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB 4

Məlumat verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatdan dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

FHN-dən Lent.az-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, partlayış ilkin ehtimala görə, beşmərtəbəli binanın üçüncü blokunun üçüncü mərtəbəsində yerləşən mənzildə qaz sızması nəticəsində baş verib.

Hadisə nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. FHN-in əməkdaşları tərəfindən bina sakinləri təxliyyə edilərək hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Baş vermiş hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

***

03.08.2022

Saat 23:27

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən binada partlayış baş verməsi səbəbilə TƏBİB-in tabeliyində olan Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.

Lent.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

İlkin məlumata görə, 1986-cı il təvəllüdlü və 1981-ci il təvəllüdlü iki nəfər baş, boyun, hər iki yuxarı və aşağı ətrafların ikinci və üçüncü dərəcəli termiki yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib. Hazırda vəziyyətləri ağır stabildir.

Hadisə nəticəsində yaralanan digər 2 nəfərdən 1-i barotravma diaqnozu ilə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

1991-ci il təvəllüdlü bir nəfər isə natamam yanıq məhsullarıyla zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Xəsarət alanların hər biri kişidir.

***

Saat 23:04

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi səbəbilə TƏBİB-in tabeliyində olan Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.

Lent.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

İlkin məlumata görə, 1986-cı il təvəllüdlü və 1981-ci il təvəllüdlü iki nəfər (kişi) baş, boyun, hər iki yuxarı və aşağı ətrafların ikinci və üçüncü dərəcəli termiki yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib.

Hazırda vəziyyətləri ağır stabildir.

Hadisə nəticəsində yaralanan digər 2 nəfərdən biri travma, biri isə tüstüdən boğulma səbəbi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Əlavə məlumat veriləcək.

***

Saat 22:49

Xırdalanda baş yaşayış binasında baş verən partlayışda iki nəfər xəsarət alıb.

Lent.az xəbər verir ki, yaralılar Abşeron Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***

Saat 22:20

Fövqəladə Hallar Nazirliyi Xırdalanda baş verən partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, qurumun "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi barədə məlumat daxil olub.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Saat 22:04

Xırdalan şəhərində yaşayış binasında partlayış baş verib.

Lent.az xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən hündürmərtəbəli binanın birinci mərtəbəsində olub.

İlkin məlumata görə, hadisəyə qaz sızması səbəb olub.

Aidiyyəti qurumlar hadisə yerinə cəlb olunub.

Ətraflı məlumat veriləcək.

# 10359
avatar

Oxşar yazılar