Yaşlı kişi  ÇAQQAL   hücumuna məruz qaldı
14 iyun 2022 22:38 (UTC +04:00)

Yaşlı kişi ÇAQQAL hücumuna məruz qaldı

Zaqatalada 72 yaşlı kişiyə çaqqal hucum edib.

Lent.az APA-nın şimal-qərb bürosuna istinadən xəbər verir ki, hadisə bu gün rayonun Bəhmətli kəndində baş verib. 

Kənd sakini 1950-ci il təvəllüdlü Mümtəzir İsmayıl oğlu Muradov kəndin ərazisində ailəsinə məxsus qoyunları otaran zaman yaxınlıqdakı kolluq sahədən çaqqal çıxaraq qoyunlara hucum edib.  

Qoyunları çaqqalın hucumundan qorumaq istəyən M. Muradova yırtıcı heyvan hucum edib. Nəticədə çaqqal M. Muradovun hər iki aşağı ətrafına bir-neçə yerdən xəsarət yetirib. 

Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edən M. Muradova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvən vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Vüqar Heydərov
 

# 2559
avatar

Oxşar yazılar