Rusiyanın Sankt-Peterburq şəhərindən olan qadın Azərbaycanda istirahət edərkən xəsarət alıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Qəbələ şəhərində yerləşən məşhur “Yeddi gözəl” şəlaləsinin yaxınlığında baş verib.
Regina adlı turist bildirib ki, ərazidəki meymunla şəkil çəkdirmək istəyib. Lakin o, foto çəkdirərkən qəfil dağda uçqun başlayıb.
Digər turistlər təhlükəsiz yerə qaçmağa müvəffəq olsalar da, Regina daşlardan yayına bilməyib. İri daş parçalarından biri onun başına dəyib. Nəticədə qadının geyimi qısa müddətdə qana boyanıb.
Zərərçəkən dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Həkimlər onun başına dörd tikiş qoyublar.
Reginanın şəkil çəkdirdiyi meymun isə xoşbəxtlikdən xəsarət almayıb.
