Yevlaxda ağır QƏZA: ölən var
07 fevral 2023 12:35 (UTC +04:00)

Yevlaxda ağır QƏZA: ölən var

Yevlaxda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, hadisə bu gün səhər saatlarında Yevlax-Ağdam-Laçın magistral yolunun Yevlax rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ" və "Xəzər" markalı avtomobillər toqquşub. Qəza nəticəsində "VAZ" markalı avtomobilin sürücüsü Yevlax rayon sakini Elnur Orucov aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

# 2529
avatar

Oxşar yazılar