Yolda  DƏHŞƏT:   Beş nəfər  diri-diri YANDI
11 avqust 2022 10:15 (UTC +04:00)

Yolda DƏHŞƏT: Beş nəfər diri-diri YANDI

Rostov vilayətində yük maşınının törətdiyi qəza nəticəsində 5 nəfər diri-diri yanıb.

Lent.az-ın Rusiya mediasına istinadla xəbərinə görə, qəza Volqodonsk-Zimovniki yolunda qeydə alınıb. 

Yük maşınının sürücüsü qarşıdan gələn zolağa çıxıb və orada minik avtomobilinə çırpılıb. Toqquşma nəticəsində içərisində 5 nəfərin olduğu avtomobil alovlanıb. Biri uşaq olmaqla beş nəfər hadisə yerində ölüb.

“Ağır yük maşınının sürücüsünə yerindəcə tibbi yardım göstərilib, onun həyat yoldaşı və 5 yaşlı uşağı xəsarətlə xəstəxanaya yerləşdirilib”, - məlumatda bildirilib.

# 2946
avatar

Oxşar yazılar