Yolu keçən kişini maşın vurdu
07 fevral 2023 21:31 (UTC +04:00)

Yolu keçən kişini maşın vurdu

Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonda yerləşən şadlıq saraylarının birinin qarşısında  qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Ərəstun Həsənlini vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. 
 

# 1746
avatar

Oxşar yazılar