Zaqatalada bir nəfəri at, digərini it dişlədi
27 iyun 2022 21:20 (UTC +04:00)

Zaqatalada bir nəfəri at, digərini it dişlədi

Zaqatalada 60 yaşlı kişini at dişləyib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, bu gün günorta saatlarında rayonun Aşağı Tala kənd sakini 1962-ci il təvəllüdlü Vaqif Əhmədiyyə oğlu Ramazanov alın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 
Müayinə zamanı V. Ramazanovu qohumlarına məxsus atın dişlədiyi məlum olub. V. Ramazanovun yaraları cərrahi yolla tikilib. Ona quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. 

Rayonun Dağlı kənd sakini 1998-ci il təvəllüdlü İsmayıl Davud oğlu Rəsulov isə sağ kürəyin it dişləməsi xəsarəti ilə Zaqatala RMX-a müraciət edib.  İ.Rəsulova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb.
 

# 1542
avatar

Oxşar yazılar