Zaqatalada QƏZA: Vətən müharibəsi qazisi...
14 mart 2023 19:42 (UTC +04:00)

Zaqatalada QƏZA: Vətən müharibəsi qazisi...

Zaqatalada Vətən müharibəsi qazisi yol qəzasına düşüb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün saat 16:40-da Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu, Çobankol kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayonun Faldar kənd sakini, 26 ayşlı Subhan Nurullah oğlu Durmuşov idarə etdiyi “VAZ 21074” markalı minik avtomobili ilə hərəkətdə olarkən edirəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca vurub. Sonra avtomobil yolun kənarına aşıb. Qəza zamanı xəsarət alan S. Durmuşov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Hazırda S. Durmuşovun müayinəsi aparılır.

Qeyd edək ki, S. Durmuşov Vətən müharibəsi qazisidi.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

# 2088
avatar

Oxşar yazılar