Azərbaycan şahmatçısı beynəlxalq turnirdən uğurla qayıdıb
Avqustun 15-dən 23-dək Vyanada 16-cı “Vyana Beynəlxalq Açıq Şahmat Turniri” keçirilib. Lent.az-ın məlumatına görə, İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət turnirdə ölkəmizi Azərbaycan şahmat məktəbinin yetirməsi, qrossmeyster Namiq Quliyev təmsil edib.
13 qrossmeyster və 22 beynəlxalq ustanın iştirak etdiyi bu mötəbər yarışda 375 şahmatçı gücünü sınayıb.
Reytinqinin yüksəkliyinə görə (ELO 2555) turnirə 4-cü yerdə başlayan N.Quliyev ikinci turda uğursuzluğa düçar olsa da, sonrakı altı turda bütün rəqiblərini məğlub edərək, 7 xal toplayıb və 8-ci turdan sonra yarış cədvəlində ikinci yerdə qərarlaşıb.
Sonuncu (9-cu) turda N.Quliyev yarış cədvəlinə 7,5 xalla başçılıq edən Misir şahmatçısı, beynəlxalq usta Sami Şoker ilə qarşılaşıb. Görüş heç-heçə başa çatıb və həmyerlimiz 7,5 xalla ikinci yeri bölüşdürüb.
Xatırladaq ki, həmyerlimiz bu turnirdə artıq ikinci dəfə çıxış edirdi. N.Quliyev 2006-cı ildə bu beynəlxalq yarışda 2-ci və 3-cü yerləri bölüşdürmüşdü.

Oxşar yazılar

Dortmund "Burrusiya"sından darmadağın, "Bavariya"dan heç-heçə
3 may 2025 , 23:59
“Cimbom” addım-addım çempionluğa
3 may 2025 , 22:28
Oyun zamanı baş məşqçi huşunu itirdi
3 may 2025 , 16:56
Alonsonu o əvəzləyəcək
3 may 2025 , 15:04
Azərbaycan türklərinin mübarizlik SİMVOLU - ÇEMPİON "Traktor"
3 may 2025 , 10:45
"Hiyləgər plan" uğursuz oldu: keçmiş sevgilisi Lamin Yamaldan pul istədi, amma...
3 may 2025 , 09:50
"Traktor" İran çempionu oldu: İLK DƏFƏ
2 may 2025 , 22:12