“AZAL”ın əməkdaşları dünya çempionu oldu
26 avqust 2009 16:00 (UTC +04:00)

“AZAL”ın əməkdaşları dünya çempionu oldu

0
Türkiyənin İstanbul şəhərində Beynəlxalq Kombat Döyüş sənətləri Assosiasiyası özünümüdafiə üzrə dünya çempionatı keçirib. Çempionatın nümunəvi çıxışlar kateqoriyasında 2 nəfərdən ibarət komanda olan yarışında “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (“AZAL”) Aviasiya Təhlükəsizlik İdarəsinin əməkdaşları Vidadi Hacıyev və İlqar Nəcəfli birinci yerə layiq görülüb. Bu barədə Lent.az-a “AZAL”ın Xidmət rəisi Məhərrəm Səfərli məlumat verib. Çempionatda 14 ölkənin idmançıları iştirak edib. Yarışın sonunda Vidadi Hacıyev və İlqar Nəcəfliyə Beynəlxalq dərəcəli sertifikatlar verilib. Onlar həm də xüsusi nömrələnmiş qızıl medallarla mükafatlandırılıb.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1174

Oxşar yazılar