Gimnastlarımız dünya çempionatında 2 medal qazandı
Yaponiyanın Mie şəhərində keçirilən bədii gimnastika üzrə dünya çempionatında Azərbaycan təmsilçisi Aliyə Qarayeva gümüş medal qazanıb.
Lent.az-ın məlumatına görə, 21 yaşlı gimnastımız bu uğura topla hərəkətlərdə imza atıb.
27,325 xal toplayan Qarayeva yalnız rusiyalı olimpiya çempionu Yevgeniya Kanayevadan geri qalıb. Kanayevanın çıxışı 28,575 xalla qiymətləndirilib. Bürünc medala isə 27,250 xalla ukraynalı Anna Bessonova (Ukrayna) sahib olub.
Komanda birinciliyində isə tərkibi Aliyə Qarayeva, Anna Qurbanova, Zeynəb Cavadlı və Samirə Mustafayevadan ibarət Azərbaycan millisi bürünc medal qazanıb. Yığmamız Rusiya və Belarusdan geri qalıb.
Sabah keçiriləcək çoxnövçülük üzrə final yarışlarının final mərhələsində gimnastlarımız Aliyə Qarayeva və Anna Qurbanova mübarizə aparacaqlar. 12-13 sentyabrda isə qrup hərəkətləri üzrə komandamız çıxış edəcək.

Oxşar yazılar

Dortmund "Burrusiya"sından darmadağın, "Bavariya"dan heç-heçə
3 may 2025 , 23:59
“Cimbom” addım-addım çempionluğa
3 may 2025 , 22:28
Oyun zamanı baş məşqçi huşunu itirdi
3 may 2025 , 16:56
Alonsonu o əvəzləyəcək
3 may 2025 , 15:04
Azərbaycan türklərinin mübarizlik SİMVOLU - ÇEMPİON "Traktor"
3 may 2025 , 10:45
"Hiyləgər plan" uğursuz oldu: keçmiş sevgilisi Lamin Yamaldan pul istədi, amma...
3 may 2025 , 09:50
"Traktor" İran çempionu oldu: İLK DƏFƏ
2 may 2025 , 22:12