Azərbaycanda nazir müavini  federasiya prezidenti   oldu
01 aprel 2023 21:39 (UTC +04:00)

Azərbaycanda nazir müavini federasiya prezidenti oldu

Azərbaycan Atletika Federasiyasının növbədənkənar konfransı keçirilib. 

Lent.az saytının məlumatına görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. 

Konfransın gündəliyi təsdiqləndikdən sonra federasiyanın prezidenti Çingiz Hüseynzadə hesabat məruzəsi ilə çıxış edib və səsvermə ilə hesabat qəbul olunub. Sonra Çingiz Hüseynzadə 1996-cı ildən federasiyaya rəhbərlik etdiyini qeyd edib və Olimpiya Hərəkatındakı fəaliyyətinə daha çox diqqət ayırmaq məqsədilə vəzifəsindən istefa verdiyini bildirib: “Federasiyadan istefa versəm də idmandan getmirəm”. 

Səsvermə ilə Ç.Hüseynzadənin istefası qəbul edilib. Sonra federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Azərbaycan Atletika Federasiyasının yeni prezidenti seçilib. 

Qurbanov göstərilən etimada görə təşəkkür edib və bildirib ki, bundan sonra atletikanın inkişafı üçün əlindən gələni edəcək. O həmçinin federasiyanın bundan əvvəlki rəhbərliyinə də ötən dövrdəki fəaliyyətinə görə təşəkkür edib.

Konfransda həmçinin Müşfiq Tukanov və Könül Nurullayeva vitse-prezident, Şəlalə Yaqubova, Bülənt Karani, Nazim Babayev və Rauf Qasımzadə İdarə Heyətinin üzvü seçiliblər.

# 2550
avatar

Oxşar yazılar

PSJ 11-ci dəfə Fransa ÇEMPİONU OLDU

PSJ 11-ci dəfə Fransa ÇEMPİONU OLDU

28 may 2023 , 04:11
Ronaldo çempionluq şansını İTİRDİ

Ronaldo çempionluq şansını İTİRDİ

28 may 2023 , 02:58
Onlar “Bavariya”dan  GEDİRLƏR

Onlar “Bavariya”dan GEDİRLƏR

28 may 2023 , 01:44
"Bavariya" kuboksuz qaldığı üçün baş direktoru qovulur

"Bavariya" kuboksuz qaldığı üçün baş direktoru qovulur

27 may 2023 , 18:18
İngiltərədə mövsümün ən yaxşı FUTBOLÇUSU

İngiltərədə mövsümün ən yaxşı FUTBOLÇUSU

27 may 2023 , 15:50
Əfsanəvi futbolçu musiqiçiliyə başladı

Əfsanəvi futbolçu musiqiçiliyə başladı

27 may 2023 , 12:16
Mbappe PSJ-də qalsa bu qədər pul alacaq

Mbappe PSJ-də qalsa bu qədər pul alacaq

27 may 2023 , 09:55
Azərbaycan Cüdo Federasiyası niderlandlı mütəxəssislə yollarını ayırdı

Azərbaycan Cüdo Federasiyası niderlandlı mütəxəssislə yollarını ayırdı

26 may 2023 , 23:29