Messi karyerasını başa vurandan sonra  harada yaşayacaq?
08 iyun 2023 13:25 (UTC +04:00)

Messi karyerasını başa vurandan sonra harada yaşayacaq?

35 yaşlı argentinalı hücumçu Lionel Messi karyerasını başa vurduqdan sonra Barselonada yaşayacağını açıqlayıb. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, azad agent hüquqları olan dünya çempionu Argentina millisinin futbolçusu "İnter Mayami"yə yollanacaq.

“Karyeramı bitirdikdən sonra “Barselona”ya qayıtmaq istərdim. Üstəlik, futbolçu karyeramı başa vurduqdan sonra Barselonada yaşamaq fikrindəyəm. Həyat yoldaşım və uşaqlarımla Barselonada yaşayacağımızı çoxdan anladıq”, - Messi vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1815
avatar

Oxşar yazılar