Qurbanov hakimə: “Bir az centlmen olmaq lazımdır”
10 noyabr 2023 00:13 (UTC +04:00)

Qurbanov hakimə: “Bir az centlmen olmaq lazımdır”

Xalları dəyişmək üçün çox böyük şansımız var idi. Əfsuslar olsun ki, sonda anlaşılmayan bir penalti ilə oyunu məğlub olduq.

Lent.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçi Qurban Qurbanov “Bayer”lə oyundan sonra deyib.
Ağdamlıların məşqçisi azarkeşlərə təşəkkür edib və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib.
Qurbanov son dəqiqədə təyin olunan penaltiyə belə münasibətini bildirib: " Onların qapısına belə bir epizod olsa idi inanmıram ki, penalti verilərdi. Bəzən hakimlər də komanda səviyyələrini fikirləşməlidir. Bundesliqa komandası belə bir yerdə, bu azarkeşlər önündə oynayırsa bir az centlmen olmaq lazımdır”.

Baş məşqçi deyib ki, həmişə mübahisəli epizodlar zamanı böyük komandalara üstünlük verilib.
 

# 11244
avatar

Oxşar yazılar