“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər
04 oktyabr 2026 21:11 (UTC +04:00)

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

0

Hazırda 85 min dollar civarında olan “Bitcoin”in 190 min dolları keçə biləcəyi ilə bağlı yeni ssenari ortaya qoyulub.

Lent.az xəbər verir ki, bu hesablamaya görə, bunun üçün qızılın bir unsiyasının qiyməti 4760 dollara yüksəlməlidir.

“Strive Investment” şirkətinin vitse-prezidenti Adam Livingstonun hesablamasına əsasən, qızılın qiyməti 15 faiz artaraq 4760 dollara çatmalı və “Bitcoin”/qızıl nisbəti 2024-cü ilin dekabrında qeydə alınan zirvəyə qayıtmalıdır.

Hər iki şərt reallaşarsa, “Bitcoin”in qiyməti təxminən 190860 dollara çata bilər.

Qeyd edək ki, “Bitcoin”/qızıl nisbəti 2024-cü ilin dekabrında 40 səviyyəsində olub. Hazırda bu göstərici 20,4-ə düşüb və “Bitcoin”in qızıla nisbətdə dəyəri həmin zirvə ilə müqayisədə təxminən 49 faiz geriləyib.

Livingstonun ssenarisi “Bitcoin”in 2025-ci ilin oktyabrında qeydə aldığı 126 min dollarlıq tarixi maksimumdan təxminən 51 faiz yüksək qiymətə çatmasını nəzərdə tutur. Bununla belə, digər bazar proqnozları daha ehtiyatlıdır. Məsələn, “Citi”nin “Bitcoin” üçün 12 aylıq hədəfi 113 min dollar təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar