"Abzas Media" əməkdaşlarının növbəti məhkəməsi oldu
21 yanvar 2025 17:23 (UTC +04:00)

"Abzas Media" əməkdaşlarının növbəti məhkəməsi oldu

"Abzas Media" əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Lent.az xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilir.

Təqsirləndirilən Ülvi Həsənli “Abzas”ı 2016-cı ildə yaratdığını və elə həmin andan media qurumunun rəhbəri olduğunu  bildirib. “Abzas”da sosial problemlərin işıqlandırıldığını və siyasi proseslərlə bağlı reportajların hazırlandığını qeyd edib.

Ülvi Həsənli dövlət ittihamçısının suallarını cavablamaqdan imtina etsə də, müdafiəçilərin suallarını cavablayıb.

Təqsirləndirilən Fərid Mehralızadənın vəkili Cavad Cavadlı məhkəməyə vəsatət təqdim edib.

O, bildirib ki, Fərid Mehralızadənin yeni qız övladı dünyaya gəlib. Dövlətin yeni doğulmuş şəxslərə verdiyi ödənişi almaq üçün müvəkkili yoldaşına etibarnamə verməlidir. Notarius əməkdaşının istintaq təcridxanasına getməyi üçün məhkəmənin qərarı olmalıdır.

Məhkəmə vəsatəti təmin edib.

Proses 11 fevralda davam etdiriləcək.

Qeyd edək ki, ötən il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), noyabrın 23-də direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də saytın əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı, daha sonra saytın əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

Onlar barəsində ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə Cinayət Məcəlləsinin bir sıra, o cümlədən 193-1.3.2-ci maddəsi (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) üzrə yekun ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2313

Oxşar yazılar

Dərbənddə  DƏHŞƏT:   Polisi döyüb öz silahı ilə güllələdiər

Dərbənddə DƏHŞƏT: Polisi döyüb öz silahı ilə güllələdiər

9 fevral 2025 , 18:15
17 yaşlı oğlan adapter üstündə  küçədə öldürüldü

17 yaşlı oğlan adapter üstündə küçədə öldürüldü

8 fevral 2025 , 18:50
80 yaşlı atasını baltaladı

80 yaşlı atasını baltaladı

8 fevral 2025 , 16:38
Qadın mağazada ərini güllələyib öldürdü

Qadın mağazada ərini güllələyib öldürdü

8 fevral 2025 , 15:18
Oğuzda narkotacirlər həbs olundu - VİDEO

Oğuzda narkotacirlər həbs olundu - VİDEO

8 fevral 2025 , 12:00
Lənkəranda ər arvadını  bıçaqladı

Lənkəranda ər arvadını bıçaqladı

8 fevral 2025 , 10:01
"Oleq Bakinski" ev dustaqlığına  çıxmaq istəyir

"Oleq Bakinski" ev dustaqlığına çıxmaq istəyir

7 fevral 2025 , 18:00
Kürdəmirdə şagirdlərin davası QANLA BİTDİ

Kürdəmirdə şagirdlərin davası QANLA BİTDİ

7 fevral 2025 , 12:58