Bakıda gəlinini öldürən  şəhid atasının məhkəməsi BAŞLADI
17 sentyabr 2026 15:41 (UTC +04:00)

Bakıda gəlinini öldürən şəhid atasının məhkəməsi BAŞLADI

0

Bakı Ağır Cinayətlər Məhkəməsində gəlinini qətlə yetirməkdə təqsirləndirilən Adıgözəl Məmmədovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib.

Qısa müşavirədən sonra məhkəmə baxış iclası 24 sentyabr saat 17:00-a təyin olunub.

Xatırladaq ki, hadisə 2026-cı ilin iyunun 1-də Sabunçu rayonu Ramana qəsəbəsindəki Şuşa şəhərciyində baş verib. 44 günlük Vətən müharibəsi şəhidi Səxavət Məmmədovun 60 yaşlı atası Adıgözəl Məmmədov 31 yaşlı gəlini Gülüzar Məmmədovanı bıçaqlayaraq qətlə yetirib.

İlkin iddialara görə qətlin şəhid ailəsinə verilən aylıq müavinət kartı və ev üstündə mübahisə zəminində baş verdiyi bildirilib. 

Digər bir versiya qətlin müavinət yox, qısqanclıq zəminində törədilməsi ilə bağlıdır. Belə ki, bir müddət öncə Gülüzar Məmmədovanın bəzi davranışlarının şəhid ailəsi tərəfindən qəbul olunmadığı və gəlinin valideynlərinin Bakıya dəvət edilərək, G. Məmmədovanı onlara təhvil verildiyi bildirilir. Bundan sonra G.Məmmədova öz valideynləri ilə Yevlaxda yaşamağa başlayıb. 

Adıgözəl Məmmədov Bakıya övladlarını görməyə gələn G. Məmmədovanı təqdib edib və onu Ramana qəsəbəsi ərazisində liftdə qətlə yetirib.

Adigözəl Məmmədov hadisəni törətdikdən sonra DİN "102" xidmətinə zəng edərək məlumat verib və polisə təslim olub. Faktla bağlı cinayət işi başlanılıb, A. Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilərək, barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar