Kişini döyüb pulunu əlindən aldılar
17 fevral 2021 10:51 (UTC +04:00)

Kişini döyüb pulunu əlindən aldılar

Bərdədə soyğunçuluq edən şəxslər saxlanılıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumatda bildirilir ki, Ağdam rayon sakini X. Mirzalıyev fevral ayının 13-də Bərdə rayon Polis Şöbəsinə ərizə ilə müraciətində ona qarşı zor tətbiq edilərək 197 manat pulunun soyğunçuluq yolu ilə ələ keçirildiyi barədə məlumat verib. Dərhal polis əməkdaşları  müvafiq tədbirlər görüb. 

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bərdə şəhər sakini Rüfət Muxtarov və Şuşa şəhər sakini Vilayət Şadmanov saxlanılıb. Saxlanılan hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib. 

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində cinayəti işi başlanılıb, araşdırmalar aparılır.

# 1500
avatar

Mehman Nəbiyev

Oxşar yazılar