Qaradağda ƏMƏLİYYAT:  saxlanılanlar var - VİDEO
08 oktyabr 2026 12:11 (UTC +04:00)

Qaradağda ƏMƏLİYYAT: saxlanılanlar var - VİDEO

0

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən M.Əhmədov və X.Hüseynov saxlanılıblar. Onlardan 23 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxslərin narkotikləri sosial şəbəkələrdə tanış olduqları, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşı vasitəsilə əldə etdikləri və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 444

Oxşar yazılar