2026-cı ilin ən yaxşı sənətçisi  açıqlandı
29 sentyabr 2026 17:31 (UTC +04:00)

2026-cı ilin ən yaxşı sənətçisi açıqlandı

0

Los-Ancelesdə "MTV Video Music Awards 2026" mükafatlandırma mərasimi keçirilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, gecənin əsas qalibi Madonna olub. 67 yaşlı müğənni ümumilikdə 13 mükafat qazanaraq ilin sənətçisi adına layiq görülüb.

Teylor Svift isə 11 mükafat əldə edib. Onun “The fate of ophelia” klipi ilin videosu seçilib.

İlin mahnısı mükafatını BTS qrupu “Swim” mahnısı ilə qazanıb. Ən yaxşı yeni sənətçi nominasiyasında Sienna Spiro qalib olub.

Madonna və Sabrina Karpenterin “Bring Your Love” ifası ən yaxşı birgə performans, Madonnanın “Confessions II – The Film” işi isə ən yaxşı rəqs videosu seçilib.

Digər kateqoriyalarda Lisa və Kentaro Sakaquçinin “Dream”, Kardi Bi və Keylaninin “Safe”, Bruno Marsın “I just might”, Olivia Rodriqonun “The cure”, Bad Bunny-nin “Novayol” işi mükafat qazanıb.

Nirvana qrupu video sənətinin inkişafına verdiyi töhfəyə görə Maykl Cekson adına xüsusi mükafata layiq görülüb. 

Названа лучшая артистка 2026 года

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 176

Oxşar yazılar