3 dəfə evlənib-boşanan Tuğba Özerk: Artıq yetər…
26 yanvar 2023 11:00 (UTC +04:00)

3 dəfə evlənib-boşanan Tuğba Özerk: Artıq yetər…

 “Hər şey istədiyim kimi gedir, Allahdan daha heç nə istəmirəm” – bunu 3 dəfə evlənib boşanmış türkiyəli müğənni Tuğba Özerk deyir.

Qeyd edək ki, müğənni 15 ay evli qaldıqdan sonra ötən il 5 oktyabrda anidən boşanma qərarı almışdı.

Son dəfə 2021-ci ildə Gökmen Tanaçar ilə evlənib.

Halbuki sənətçi boşanmazdan bir az əvvəl ərini çox sevildiyini, övlad sahibi olmağı arzuladığını demişdi. 

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu günlərdə jurnalistlərə açıqlama verən müğənni daha ailə qurmaq istəmədiyini, işləri ilə məşğul olmağın vacibliyini vurğulayıb. 

“Daha eşq macəralarına son verdim. Sıramı gənclərə verirəm. Evlənmək fikrim yoxdur, yetər. Çoxdandır yaradıcılıqla məşğul olmuram, özümü sənətimə həsr edəcəm” - deyə o qeyd edib.

# 2175
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar