36 yaşlı aktyor vəfat etdi - FOTO
23 yanvar 2023 14:51 (UTC +04:00)

36 yaşlı aktyor vəfat etdi - FOTO

Cənubi Koreyalı aktyor Na Çul 36 yaşında dünyasını dəyişib.

Lent.az xəbər verir ki, aktyorun bir neçə gün əvvəl vəziyyəti qəfil pisləşdiyinə görə, o, xəstəxanaya yerləşdirilib. 

Nanın ölümünün dəqiq səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Na Çul bir çox Koreya filmlərində və seriallarında ikinci plan rollarını oynayıb. 2019-cu ildə "Balaca qadınlar" filmində vəkil obrazını, 2021-ci ildə isə ona populyarlıq qazandıran "Vincenzo"da Deokjin adlı personajı canlandırıb.  

# 4302
avatar

Nigar Namiq

Oxşar yazılar