7 aylıq  hamilə aktrisa: "Çox yaxında evlənəcəyik" - FOTO
24 mart 2023 09:54 (UTC +04:00)

7 aylıq hamilə aktrisa: "Çox yaxında evlənəcəyik" - FOTO

Türkiyənin tanınmış aktrisası Funda Eryiğit iki ildir sevgili olduğu, baş rejissor Berkun Oya ilə evlilik hazırlıqlarından danışıb.

Lent.az xəbər verir ki, yeddi aylıq hamilə olan aktrisa "Küheylan" teatr oyununun qala gecəsindən çıxarkən, görünüb.

Kameralara qarnı burnunda pozalar verən 38 yaşlı Funda evlilik haqqında suallara cavab verib:

"Çox yaxında evlənəcəyik. Evlilik hazırlıqlarına bir az ara vermişdik. Planlarımız bəzi hadisələrə görə pozulmuşdu. Ancaq hər şey qaydasındadı. Hamiləliyimin 28-ci həftəsindəyəm. Körpəmizin cinsiyyəti və adı bizə qalsın. İndidən açıqlamaq istəmirik".

Qeyd edək ki, Funda Eryiğit sevgilisi Berkun Oyanın rejissorluq etdiyi "Bir başkadır", "Cici" kimi seriallarda yer alıb.

# 3375
avatar

Nigar Namiq

Oxşar yazılar