"Adları da yadımda deyil" - Nisə Qasımova  gənc ifaçılardan danışdı - VİDEO
13 avqust 2022 13:19 (UTC +04:00)

"Adları da yadımda deyil" - Nisə Qasımova gənc ifaçılardan danışdı - VİDEO

Xalq artisti Nisə Qasımova sənətə yeni gələn ifaçılar barədə mübahisələrə səbəb olacaq açıqlama verib.

Lent.az xəbər verir ki, müğənni şou-biznesdəki yeni simalardan danışıb.

O bildirib ki, gənc ifaçıların adlar yadında qalmır:

"Şou-biznesin tənzimlənmə zamanı gəlib. Burada olan tanınmış, ifaçılar içində özünü müğənni kimi göstərmək istəyənlər var ki... Göstərmək lazım deyil. Onlar içərisindən seçilmək lazımdır ki, gəlib sənətkarlar sırasına keçə bilsin. Adları da yadımda deyil. Görəndə deyirəm ki, hə, bunun səsi yaxşıdır. Yaxşı ifaçı ola bilər, gələcəyi gözəldir. Oxşar adları, ağlıma gəlməyənlər çoxdur".

 

Nisə Qasımova şou-biznesə yeni gələn ifaçılar haqqında danışdı

# 2670
avatar

Nigar Namiq

Oxşar yazılar