“Akasiya durağı”nın Ali Kemalı danışdı – Özümü laz kimi apardım
22 may 2023 13:22 (UTC +04:00)

“Akasiya durağı”nın Ali Kemalı danışdı – Özümü laz kimi apardım

“Akasiya durağı” serialı ilə tamaşaçıların yaddaşında qalmış aktyor Ateş Fatih Uçan  Ali Kemal roluna necə çəkilməsi barədə danışıb.

Lent.az-ın məlumatına görə, aktyor bu filmə çəkilmək üçün 3 gün özünü laz kimi aparması, hamını necə  aldarmasından bəhs edib.

“Serial çəkilməsindən xəbərdar idim. Kimsə yalandan mənə demişdi ki, obrazların əksəriyyəti qaradənizlidir.Ona görə, çəkiliş qrupunun içində özümü 3 gün laz kimi aparmışam. Qaradənizli ləhcəsiylə danışmışam. Halbuki Ərzurumluydum. Ərzurum şivəsini Qaradəniz şivəsinə çevirmək də asan deyildi. Axır ki, rola təsdiqləndim. Rejissor qaradənizli olmadığımı biləndə heyrətlənmişdi. Ali Kemal rolunu elə danışdığım üçün qaradənizli eləmişdilər. Halbuki ilk plana əsasən, Ali Kemal istanbullu olmalıydı”,- deyə o bildirib.

İstanbul Universitetində Radio və Televiziya ixtisası üzrə təhsil almış Ateş Fatih Uçan ailəlidir və iki övladı var. Xanımını çox sevdiyini tez- tez sosial şəbəkə hesabından bəyan edir,  onu “ Hülyam, yanağının qəmzələrində ölsəm, dərd etmərəm” deyərək, əzizləyir.

O, “Akasiya durağı” serialından sonra  “Fatih Harbiye”, “Avanak Dedektör”, “Heredot Cevdet Saati” və “Uzaklarda Arama” kimi ekran işlərində rol alsa da, yaddaşlarda ən çox Ali Kemal obrazıyla qalıb.

# 1920
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Məşhurlar şişmanlaşıb belə oldu

Məşhurlar şişmanlaşıb belə oldu

18 aprel 2024 , 10:40
“Yıxıldım, huşumu itirdim” - Əməkdar artist

“Yıxıldım, huşumu itirdim” - Əməkdar artist

18 aprel 2024 , 10:18
Aktrisa 59 yaşını qeyd edib - FOTO

Aktrisa 59 yaşını qeyd edib - FOTO

18 aprel 2024 , 06:58
“Hamıya pul verib toyuna çağırır,  məndən pul istəyir”   -  Xalq artisti

“Hamıya pul verib toyuna çağırır, məndən pul istəyir” - Xalq artisti

17 aprel 2024 , 19:17
Cennifer Lopes 20 il ərzində  qocalmadığını   sübut etdi

Cennifer Lopes 20 il ərzində qocalmadığını sübut etdi

17 aprel 2024 , 17:39
Əməkdar artistimiz  tanınmaz halda

Əməkdar artistimiz tanınmaz halda

17 aprel 2024 , 13:15
Nəsrin Cavadzadə görün kiminlə  sevgilidir

Nəsrin Cavadzadə görün kiminlə sevgilidir

17 aprel 2024 , 11:25
Hicablı  MƏŞHURLARIMIZ

Hicablı MƏŞHURLARIMIZ

16 aprel 2024 , 19:00