Aktrisanın hamını bezdirən   vərdişi və  gizli makiyaj sirri
02 oktyabr 2026 10:57 (UTC +04:00)

Aktrisanın hamını bezdirən vərdişi və gizli makiyaj sirri

0

Qüsursuz Hollivud obrazı, gözəlliyi ilə yadda qalan Elizabet Teylorun ətrafındakı insanların səbrini tükədən vərdişləri açıqlanıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Elizabet Teylorun ətrafındakıları ən çox narahat edən xüsusiyyəti onun daim gecikməsi olub. Aktrisanın vəkili xatirələrində bildirib ki, Teylorla bağlı onu ən çox əsəbiləşdirən məhz gecikmələri idi.

Gecikmələrin səbəblərindən biri aktrisanın özünə qulluq və hazırlaşma ritualının kifayət qədər uzun çəkməsi olub. Vəkili hazırlığın hansı mərhələdə olduğunu öyrənmək üçün zəng edəndə bəzən “O, vannadadır” cavabını eşidirmiş.

İlk baxışdan bu, aktrisanın evdən çıxmasına hələ çox vaxt qaldığı təəssüratını yaratsa da, əslində vanna Teylorun hazırlıq prosesinin son mərhələsi olub. Aktrisa makiyajını etdikdən sonra vanna qəbul edib və yaranan buxardan kosmetikanı üzündə daha yaxşı sabitləmək üçün istifadə edib. Bundan sonra ona yalnız geyinmək, zinət əşyalarını taxmaq və evdən çıxmaq qalırmış.

Elizabet Teylorun makiyajını peşəkar vizajistlər də etsələr, deyilənə görə, aktrisa öz makiyajını hamıdan daha yaxşı etməyi bacarıb. Onun gözəlliyə yanaşması bu gün də kifayət qədər müasir görünür. 

Teylor makiyaj zamanı yüngül tonal kremdən istifadə edib. Bu səbəbdən onun çilləri tam örtülmür, dərisi daha təbii görünürdü. Aktrisa göz makiyajında isə boz rəngli göz qələmindən istifadə etməyə üstünlük verib. Nəticədə onun üzü təbii və yüngül parıltılı görünürdü. Bu görünüş müasir dövrdə məşhurlaşan “makiyajsız makiyaj” trendini xatırladır. Teylor isə bu üslubdan həmin trend populyarlaşmamışdan uzun illər əvvəl istifadə edib.

Элизабет Тейлор / © Associated Press

Элизабет Тейлор / © Associated Press

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar