Ancelina Coli Bred Pittin sirlərini açır - YENİ SEVGİLİSİNƏ
13 mart 2023 13:17 (UTC +04:00)

Ancelina Coli Bred Pittin sirlərini açır - YENİ SEVGİLİSİNƏ

Ancelina Coli keçmiş əri Bred Pittin yeni sevgilisi ilə görüşmək istəyir. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bununla Coli Pittin diqqətini özünə cəlb etməyə cəhd edir.

Görünür, Bred Pittin 29 yaşlı yeni sevgilisi İnes De Ramon uşaq istədiyini elan eləməklə Ancelinanın qısqanclığına səbəb olub.

 Bir müddət öncə Ancelina Colinin FTB-dən  Bred Pittə dair 164 səhifəlik gizli sənədləri əldə etdiyi barədə xəbərlər yayılmışdı. Bu sənədlərdə Bredin Ancelina və uşaqlara qarşı qəddar davranışından bəhs edilirdi.

Ancelina bu sənədləri İnes De Ramona təqdim etməklə  nə plan qurur? Bu sual hələlik cavabsız qalıb.

# 2250
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar