"Arzum Aydınla meydan bölüşmək idi" - VİDEO
07 noyabr 2022 15:46 (UTC +04:00)

"Arzum Aydınla meydan bölüşmək idi" - VİDEO

Meyxana ifaçısı Pərviz Bülbülə (Məmmədov) mərhum həmkarı Aydın Xırdalanlı (Quliyev) haqqında maraqlı açıqlamalar verib.

Lent.az xəbər verir ki, o, ifaçı ilə bağlı reallaşdıra bilmədiyi arzusundan danışıb:

"İstedadı Allah verir. Filan efir, sosial şəbəkə, reklam olmasa, tanınardı, yoxsa yox?! Əlbəttə, tanınardı. Arzu edirdim ki, Aydınla meydan bölüşüm. Arzu etmirdim ki, Aydın olum. Çünki istəsəydim də, o, ola bilməyəcəkdim. Bu gün, sabah kimsə Pərviz olmaq istəsə, mümkün olmaz. Ya rəhmətlik Vüqar Biləcəri, rəhmətlik Məşədi Baba... Heç kim, heç kəs ola bilməyəcək. Sadəcə, hamının qədrini vaxtında bilmək lazımdır".

Pərviz Bülbülə Aydın Xırdalanla bağlı arzusundan danışdı

# 2742
avatar

Nigar Namiq

Oxşar yazılar