"Aşkı-Memnu"nun qəhrəmanları illər sonra bir araya gəldi - FOTO
20 iyul 2022 17:08 (UTC +04:00)

"Aşkı-Memnu"nun qəhrəmanları illər sonra bir araya gəldi - FOTO

Bir vaxtlar yayımlandığı illərə damğa vuran, Türkiyənin qalmaqallı və bir o qədər də məşhur serialı "Aşkı-Memnu"nun baş rol ifaçıları Beren Saat və Kıvanç Tatlıtuğ illər sonra ilk dəfə bir araya gəlib. 

Lent.az xəbər verir ki, buna səbəb yeni ekran işidir. Belə ki, çəkiləcəkləri filmin adı hələ deyilməsə də, artıq çəkilişlər başlayıb. 

Hətta Türkiyə mediasının məlumatına əsasən, bir hissəsi Çilidə ekranlaşdırılacaq filmdən yeni görüntülər sosial şəbəkələrdə yayılıb. 

# 4128
avatar

Nigar Namiq

Oxşar yazılar