Beyons  süpürgəçi   işləyib
18 may 2023 15:17 (UTC +04:00)

Beyons süpürgəçi işləyib

Dünya şöhrətli pop-ulduz Beyons əvvəllər hansı işi görməsi barədə danışıb.

Lent.az-ın xəbərinə görə, 1990-cı illərdə şöhrətlənməyə başlayan müğənni 57 günlük turu çərçivəsində İsveçdəki tamaşaçılarına öz keçmişi barəsində danışıb.

“Məktəbi qurtarandan sonra süpürgəçi işləyirdim. Anamın işlətdiyi gözəllik salonunda qadınların kəsilmiş saçlarını süpürürdüm. Anamın işləri uzananda müştərilərinə mahnı oxuyub, havayı konsert verirdim. Çoxlarının saçını özüm səliqəyə salırdım”, - o bildirib.

Müğənni qeyd edib ki, nə zamansa özünün gözəllik salonları şəbəkəsini yaratmaq fikrindədir.

 

# 2535
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar