Bir məclisdə göründülər:  Romantik şayiələrə   SƏBƏB OLDU
04 may 2023 16:05 (UTC +04:00)

Bir məclisdə göründülər: Romantik şayiələrə SƏBƏB OLDU

Leonardo Di Kaprionun şəxsi həyatını bütün dünyada milyonlarla pərəstişkarı izləyir. Bir müddət əvvəl sosial şəbəkədə onun Gigi Hadid ilə sevgi münasibəti haqqında şayiələr yayılsa da, münasibətləri uzun sürməyib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün ulduzlar uzun müddətdən sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar.

Cütlük Nyu-Yorkda "Met Gala" mərasimindən sonra "Zero Bond" partisində görüntülənib. Məlumata görə, onlar hələ də ünsiyyət qurub, eyni tədbirlərdə və məclislərdə iştirak ediblər.

Model tamamilə qara rəngdə ictimaiyyət qarşısına çıxıb. Geyimini tamamlamaq üçün o, qara dəri palto, çanta və ayaqqabı seçib. O, görünüşünü at quyruğu saçları və zinət əşyaları ilə tamamlayıb. Leonardo isə qara pencək, şalvar, papaq geyinib, üzü üz maskası ilə örtüb.

Xatırladaq ki, aktyorla model arasında romantik münasibət baş tutmayıb. Aayrılığa səbəb hər ikisinin əvvəlki həyat tərzini dəyişmək istəməməsi olub. Di Kaprio əylənməyi sevir və tez-tez gecə klublarına baş çəkir, Hadid isə ailə dəyərlərinə diqqət yetirir.

28 yaşlı Gigi Hadid dünyanın ən məşhur modellərindən biridir. Pərəstişkarları məşhuru stil ikonası adlandırırlar. 

# 2325
avatar

Fidan İlqar

Oxşar yazılar