Britni Spirs yaxtada görüntülənib
03 avqust 2022 21:43 (UTC +04:00)

Britni Spirs yaxtada görüntülənib

Amerikalı pop müğənni Britni Spirs yaxtada görüntülənib.

Lent.az xəbər verir ki, ifaçı şəkilləri sosial şəbəkə hesablarında paylaşıb.

İki şəkil paylaşan müğənni fotolardan birində sinəsini giləmeyvə və meyvələrdən ibarət boşqabla bağlayıb.

Digər fotoda ifaçı çimərlik geyimində olub. O dənizə baş vurub.

“Əladır, elə deyilmi? Bu, həyatımdakı ən yaxşı təcrübələrdən biridir”, - deyə Britni Spirs təəssüratlarını bölüşüb.

Şərhlərdə bəzi abunəçilər Britni Spirsi xoşbəxt görməkdən şad olduqlarını, bəziləri isə onun psixi sağlamlığından problem olduğunu deyib.
 

# 3042
avatar

Oxşar yazılar