Bu məşhur 7-ci dəfə  EVLƏNDİ  - FOTO
27 yanvar 2023 18:48 (UTC +04:00)

Bu məşhur 7-ci dəfə EVLƏNDİ - FOTO

Tanınmış müğənni İqor Saruxanov yeddinci dəfə evlənib.

Lent.az xəbər verir ki, 66 yaşlı ifaçı dizayner Lesya Sadovskaya ilə ailə qurub.

Deyilənlərə görə, dizayner son illərdə müğənniyə imicmeykerlik edib. Musiqiçi bu barədə danışarkən deyib ki, keçən ilin noyabrında ona evlilik təklif edib və dekabrın 26-da onlar Moskvada nikaha daxil olublar.

Qeyd edək ki, İqor Saruxanov 2022-ci ilin dekabrında 2014-cü ildən bəri evli olduğu Tatyana Kostyçevadan boşanıb.

# 3609
avatar

Nigar Namiq

Oxşar yazılar