Çəkisi 27 kiloya düşən  model   öldü
23 may 2023 16:02 (UTC +04:00)

Çəkisi 27 kiloya düşən model öldü

İsraildə çəkisi 27 kiloya düşən 35 yaşlı model Karin Bauman vəfat edib.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, onun ölüm səbəbi anoreksiya xəstəliyi göstərilir.

Uzun müddət anoreksiya ilə mübarizə aparan Karin 1 həftə öncə pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Karin 17 yaşında olarkən Parisdəki yüksək moda evlərindən birinə kastinqə gedib. Ona 4 kiloqram arıqlamaq tövsiyə olunub. Bundan sonra arıqlamağı qarşısına məqsəd qoymuş Karinin çəkisi 25 kiloya düşüb. O, anoreksiyadan sağalmağa çalışsa da, yalnız 2 kilo çəki ala bilib.

Böyrəkləri işləməyən və kənardan qoca qarıya oxşayan Karin uzun müddət yataq xəstəsi olub.

# 4155
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar