Cem Yılmaz qəza keçirib - ÖZÜ AÇIQLADI
25 iyul 2022 18:16 (UTC +04:00)

Cem Yılmaz qəza keçirib - ÖZÜ AÇIQLADI

Türkiyənin məşhur komediya oyunçusu Cem Yılmaz qəza keçirməsi barədə açıqlama verib.

Lent.az xəbər verir ki, o, bu barədə "Twitter" hesabında yazıb.

Cem Yılmaz bildirib ki, haqqında yayılan xəbərlər "ölümcül" dərəcədə şişirdilib: 

"10 gün öncə taksi sürücüsü ilə toqquşduq. Maşınlarımız təmirdən çıxıb və xərc qarşılanıb. Biz artıq qəzanı xatırlamırıq. Dostlarımız sağ olsunlar, "Ölümdən qayıtdı" başlıqlı xəbərləri görüb narahat olublar. Ölümdən qayıdan var ki?.. Əlbəttə ki, ölümdən qayıtmamışam, o yolda irəliləyirəm".

Qeyd edək ki, Cem Yılmaz yeni layihələrini bitirəndən sonra Bodruma gedərkən kiçik qəza keçirib. 

# 3192
avatar

Nigar Namiq

Oxşar yazılar