Cem Yılmazdan  ŞİKAYƏT ETDİLƏR   - SƏBƏB
21 noyabr 2022 14:20 (UTC +04:00)

Cem Yılmazdan ŞİKAYƏT ETDİLƏR - SƏBƏB

Türkiyənin məşhur komediya oyunçusu Cem Yılmaz haqqında İstanbul Baş Prokurorluğuna şikayət daxil olub.

Lent.az xəbər verir ki, "Asılılığa və siqaretə yox!" dərnəyi bu il yayımlanan erotik, komediya serialı "Erşan Kuneri"də spirtli içkini və siqareti hədsiz təbliğ etdiyinə görə aktyordan şikayət edib. 

Vəkil Ekrem Çatalkaya şikayət ərizəsində "Bir insanın bu qədər israrla bütün filmlərdə siqaret səhnələri qoyması düzgün deyil. Buna ancaq maddi fayda əldə etmək adını vermək olar", - o, bildirib. 

Qeyd edək ki, həmin dərnək İstanbul Vergi İdarəsi Bildiriş və Şikayətlərin Qiymətləndirilməsi müdirliyinə ərizə ilə müraciət edərək, Cem Yılmaz haqqında araşdırma aparılmasını və hər hansı bir qanun pozuntusunun aşkar ediləcəyi təqdirdə prokurorluğa məlumat verilməsini istəyib.

 

 

# 2739
avatar

Nigar Namiq

Oxşar yazılar