Demet Özdemir və Oğuzhan Koçun möhtəşəm toyundan FOTOLAR
29 avqust 2022 16:00 (UTC +04:00)

Demet Özdemir və Oğuzhan Koçun möhtəşəm toyundan FOTOLAR

Uzun müddətdir birlikdə olan məşhur aktrisa Demet Özdemir və müğənni Oğuzhan Koç ailə həyatı qurub. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, iyun ayında nişanlanan cütlüyün toyu Sarıyerdəki oteldə baş tutub.

Özdemir toy mərasimində və after party zamanı iki fərqli gəlinliklə çıxış edib. Cütlüyün nikah şahidi Acun Ulucalı olub. Qeyd edək ki, toy hava şəraitinə görə iki gün gecikib.

Özdemir after partydə mirvari detallı saç aksessuarı ilə yeni görünüş yaradıb. Müğənni Murat Boz və Murat Dalkılıç cütlüyün toyunda səhnədə duet oxuyub.

Məşhur cütlüyün toyuna şou aləminin bir çox tanınmışı qatılıb.

Toydan rəngli kadrları təqdim edirik...


 

# 4083
avatar

Oxşar yazılar